Hər dəm ğəmində naləvü ahim yetər mana.Dünya yüzündə ol yüzi mahim yetər mana.

İsbat qılmışam rüxi-zərdü əşki-sürximi,Də’viyi-eşqə böylə güvahim yetər mana.

Aləm xəlayiqi mənə cümlə həsud ola,Ol asitanın iti pənahim yetər mana.

Zahid, ögünmə, taleyi, sə’dəm deyib yügüş,Sən var işinə, bəxti-siyahim yetər mana.

Макта — последний бейт с тахаллусом поэта. Kəsmə ümid rəhməti-həqdən, Xətayi, sən,Cümlə xətadə lütfi-ilahim yetər mana.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов · О судьбе