Həqin nüsxələrində bir bəyan var,Müqərrər biliniz kim, qanə-qan var.

Başım qurban sana, ey mürşidi-həq,Neçə yüz mən təki cana qıyan var.

Əlin var, yaxşı sən qırdın Yezidi,Cahandar olasan ta kim, cahan var.

Hənuz şah Heydərin qanı qalıbdır,Yezidə bir dəxi külli qəran var.

Sana münkir, derəm görməzsən anı,Günəşdən əhli-həq qatna əyan var.

Mənim halım şaha ərz etmək üçün,Yeri badi-səba, sən bir zaman var.

Bu yola varmaq olmaz rəhnümasız,Necə kim, olasan sən soraqan var.

Yəqin, ixlas gərək eşqin yolunda,Get ey münkiri-ləin səndə güman var.

Ögüş xof eyləmən eşqin yolunda,Rəfiqim ğazilərdən karivan var.

Müəzzin gecə-gündüz çağırır hey.İmam gəldi, namaza dur, oyan, var.

Макта — последний бейт с тахаллусом поэта. Səfər qıl, dur, oturma, ey Xətai,Ki, şəhri-Ərdəbildə xanədan var.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов