Dilbəra, dildə sənin mehri-rüxün can kimidir
Что такое газель?
Газель: лирическое стихотворение из бейтов (двустиший) на одну рифму. Последний бейт — макта: в нём поэт называет свой тахаллус.
Dilbəra, dildə sənin mehri-rüxün can kimidir,Şərbəti-ləli-ləbin dərdimə dərman kimidir.
Baği-hüsnində boyun sərvi-xuraman dedilər,Zülmət içində ləbin çeşmeyi-heyvan kimidir.
Taki səndən düşəli ayrı, əya ruhi-rəvan,Gözümün yaşı mənim qətreyi-baran kimidir.
Ruyi-muyin görəli fürqəti-hicranda nə ğəm,Zülfü-ruyin sənəma, şəmi-şəbistan kimidir.
Макта — последний бейт с тахаллусом поэта. Bu Xətai düşəli söhbəti-vəslindən iraq,Bağrı büryan kimiyü gözləri giryan kimidir.
Kitabxana.az · https://kitabxana.az/ru/works/xetai-dilbera-dilde-senin-mehri-ruxun-can-kimidir
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Badi-sübh əz suyi-məşriq afitab almış gəlür,Ğaliba yarın cəmalından niqab almış gəlür.
Bağdaş qurub otursa nigarım, fəğan qoparBağdaş qurub otursa nigarım, fəğan qopar,Dursa-otursa, fitnəyi-axirzaman qopar!
Bilmən ki, yar cövrü cəfa kimdən öyrənir?Bilmən ki, yar cövrü cəfa kimdən öyrənir?Eşqində bunca dərdü bəla kimdən öyrənir?
Bir pəri heyraniyəm, bilmən məkani xandadırBir pəri heyraniyəm, bilmən məkani xandadır?Kimsə bilməz dünyada namü nişani xandadır?