Dilbəra, dərdimə dərman səndən özgə kimsə yox
Что такое газель?
Газель: лирическое стихотворение из бейтов (двустиший) на одну рифму. Последний бейт — макта: в нём поэт называет свой тахаллус.
Dilbəra, dərdimə dərman səndən özgə kimsə yox,Həm dəxi könlümdə iman səndən özgə kimsə yox.
Hicr evində mən kiminlə həmdəm olum, ey sənəm,Könlümün şəhrində mehman səndən özgə kimsə yox.
Xızr tək zülmətdə qaldım, bir mədəd qıl tanrıçün,Təşnə içün abi-heyvan səndən özgə kimsə yox.
Hər nə kim, hökm eyləsən, eylə mənə, ey eşqi-yar,Könlümün təxtində sultan səndən özgə kimsə yox.
Макта — последний бейт с тахаллусом поэта. Bu Xətai xəstənin vergil muradın, ya ilah,Kim, mənə lütf ilə ehsan səndən özgə kimsə yox.
Kitabxana.az · https://kitabxana.az/ru/works/xetai-dilbera-derdime-derman-senden-ozge-kimse-yox
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Dilbəra, ğəmgin könülmü şad qılsan, vəqtidir,Bu yıxılmış könlümü abad qılsan, vəqtidir.
Dilbarə, hicrin yarasinə ləbin mərhəm düşərDilbəra, hicrin yarasinə ləbin mərhəm düşər,Ol dişin incusi tək dəryadə həm dür kəm düşər.
Dilbəra, hüsnini sane afitab etmiş dururDilbəra, hüsnini sane afitab etmiş durur,Bilməzəm neçün gözümdən dər hicab etmiş durur.
Dilbəra, mehrin əzəldən sidqilə canımda varDilbəra, mehrin əzəldən sidqilə canımda var,Ondan özgə kimsə yoxdur, həm bilür pərvərdigar.
Стихи других поэтов · О любви
Bilməyib bu gecə bir fikri-məhal eyləmişəm,Arizuyi-hərəmi-bəzmi-vüsal eyləmişəm.
Çətin görüşMənə elə gəlir ki,Bir həftə,
QurbanBu gün bir qönçə ləb yarı sevmişəm,Dəhanında tuti dillərə qurban,
Yaxın gəlHərdəm-hərdəm nə daldadan baxarsan,Gözəllər sultanı, xanı, yaxın gəl.