Dilbəra, hüsnini sane afitab etmiş durur,Bilməzəm neçün gözümdən dər hicab etmiş durur.

Gəl, xumarəm, yaz məni vəslin meyindən, ey pəri.Şol şərabın həsrəti bağrım kəbab etmiş durur,

Ta yaman göz dəyməyə, ey mah, hüsnin bağına,Həqtaala zülfini pərri-ğürab etmiş durur.

Hafizi-Quran təki, aşiqlər əzbər qılmağa,Həq cəmalın ayəti ümmülkitab etmiş durur.

Ğəm yemən könlüm ki, məskən buldu eşqin küncini,Gərçi ol viranəyi hicrin xərab etmiş durur.

Макта — последний бейт с тахаллусом поэта. Ey məhi-namehriban, sorma Xətai halını,Firqətin ol xəstəyi təhti-turab etmiş durur.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов · О любви