Gövhərin keçməyən yerdə,Satma, qardaş, kərəm eylə.Ləl daşını çay daşınaQatma, qardaş, kərəm eylə.

Gördün bir yerdə aşina,Hər nə dersən öz başına,Yol daşını yol quşunaAtma, qardaş, kərəm eylə.

Gördünsə bir yerdə rəqib,Neylərsən yüzünə baxıb,Münkiri qatara çəkibGetmə, qardaş, kərəm eylə.

Xətayim çağırır, irə,Dünya belə gəlmiş zirə,Arif, oxun əbəs yerə,Atma, qardaş, kərəm eylə.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов