Bu surahi bir dilarami-pəri nisbətlidir,Şəkli bir məhbubi-şuxun peykəri nisbətlidir.

Oturur məclisdə bir zərrin külahi-simtən,Asılır zülfi-müsəlsəl ənbəri nisbətlidir.

Yoxsa, bir şəhzadeyi-zərrin kəmərdir, pürxütut,Ol kəmər üstə əliflər xəncəri nisbətlidir.

Təxti-simin üstə oturmuş Süleyman hökm üçün,Əldə bir zərrin əyağ əngüştəri nisbətlidir.

Hər tərəfdən görünür yüzündə yüzlü surəti,Filməsəl ayineyi-Iskəndəri nisbətlidir.

Sidqilən bel bağlamış, durmuş fütuhi rəzm üçün,Ğazilər yanında anun ləşgəri nisbətlidir.

Hövzi-cənnətdir cəvahirdən tökülmüş rövzədən,Səlsəbil içində abi-kövsəri nisbətlidir.

Yoxsa, doğmuş arədə bir afitabi-şəmi-bəzm,Çeşmi-mərdum anə hər su müştəri nisbətlidir.

Макта — последний бейт с тахаллусом поэта. Bəzl edər bəzmin Xətai abi-kövsərdən müdam,Şahi-mərdanə Əlinin Qənbəri nisbətlidir.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов · О любви