Bu şahi-pürkərəm, sahibnəzərdir
Что такое газель?
Газель: лирическое стихотворение из бейтов (двустиший) на одну рифму. Последний бейт — макта: в нём поэт называет свой тахаллус.
Bu şahi-pürkərəm, sahibnəzərdir,Vilayətdir, yəqin nuri-bəsərdir.
Quşanə ğazilər seyfü silahi,Münafiq caninə xovfü xətərdir.
Yəzidin ləşgəri yüz min olursa,Vilayət ləşgərindən bir yetərdir.
Münafiq ləşgəri bir ğazi görsə,Qoyun ki, qurd toxur ondan bətərdir.
İşarət qıldığunca bir nəzər şah,Önündə Şümrü Mərvan dərbədərdir.
Nişanı ol günəş tələtli şahın,Başında tacü belində kəmərdir.
Olar kim, cəhli-təndir, sirri-qüdrət,Onu arif bilür, incə xəbərdir.
Cahangir ğazilər meydanə girsə,Xəvariclər əyaqda payisərdir.
Çü rəhmət yağmuri irdi zəminə,Ki hər bir ğazinin yüz namvərdir.
Yezidə zəxmi-seyfü tirü xəncər,Başından getməsin tiğü təbərdir.
Əli bəhri-həqiqətdir, yəqin bil,Həyati-cavidani mötəbərdir.
Vilayət bəhrinə yol bulmayanlar,Gözü əmavü əhməq bixəbərdir.
Nəfəs göhərdir anu bir bilənlər,Sözün bir söyləyənlər, gerçək ərdir.
Qızıl ələm, qızıl bayraq, qızıl tac,Geyinsə ğazilər, ol gün həzərdir.
Макта — последний бейт с тахаллусом поэта. Xətai şah yolunda can fədadır,Çe cayi-mülkü malü simü zərdür.
Kitabxana.az · https://kitabxana.az/ru/works/xetai-bu-sahi-purkerem-sahibnezerdir
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Biz əzəldən ta əbəd meydanə gəlmişlərdənüz,Şahi-mərdan eşqinə, mərdanə gəlmişlərdənüz.
Bizim ol dilrüba cananəmizdirBizim ol dilrüba cananəmizdir,Məgər ol can degil, cana, nəmizdir?
Boyun bir sərvi-rənadır güli varBoyun bir sərvi-rənadır güli var,Səmən üzrə pərişan kakili var.
Bu aləm hüsninə heyrandır, ey dustBu aləm hüsninə heyrandır, ey dust!Sana bu qönçə ləb xəndandır, ey dust!
Стихи других поэтов
Ey ağalar, oldum dərdə giriftarBir çeşmi-xunxarı sevəndən bəri
Gəraylı: Nə baxarsan oğrun-oğrunNə baxarsan oğrun-oğrun,Oxşar marala gözlərin,
Səadətnamə, 44گر نباشد ورا صفات جلالنقص باشد ورا و ذاک محال
Kim hara deyir, ora gedirikBu Vətənimin günü belədir, uzunu qısa eni belədir,Ata-babamın geni belədir gora desələr gora gedirik.