Bizim ol dilrüba cananəmizdir,Məgər ol can degil, cana, nəmizdir?

Yanarmən şəmi-ruyin həsrətindən,Deməzsən, ol bizim pərvanəmizdir?

Fəraqindən nə fikri vardır, ey dust,Vüsalın hər gecə mehmanəmizdir.

Gözün sərməstdür, boyun sürahi,Sözün nəqlü ləbin peymanəmizdir.

Güləndə dişlərin ağzında, ey can,Sədəf içindəki dürdanəmizdir.

Səri-zülfin içində danə xalın,Könül quşinə damü danəmizdir.

Макта — последний бейт с тахаллусом поэта. Dedim: kimdir Xətai, bəndənizdə?Dedi: bir aşiqi-divanəmizdir!

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов · О любви