Füsuli-ərbəədə mən fəda olum yayə,Mənim güzarımı saldı Qara Kəlisayə.Həqiqi cənnət idi ormanı, dağı, dərəsi,Edərdi fəxr gözəllikdə ərşi-əlayə.Çiçəkli bağçası vardı, geniş xiyabanlıKi toplanırdı hamı o səfalı məvayə.Qızardı çalğı, qız-oğlan maraqla oynardı,Durardı seyrə dalanlar bütün tamaşayə.O cənnət içrə bir ahu baxışlı qız gördüm,Hörüklü saçlarını bağlamışdı qövsayə.Baxan o gül üzünə bac verərdi səbrindən,Düşərdi həsrət ilə başqa bir təmənnayə.Üzüldü taqətim artıq, tükəndi səbr, qərar,O canlı sərv-xuramandı, mən quru sayə.İnandım indi, yox imiş qüsuru SənanınKi satdı din ilə imanı nazlı tərsayə.Baxıb o hüsni-cəmalə, deyərdim: eşq olsunO incə fırçalı rəssamə, öylə ustayə.Görüncə heyrətimi, halımı o nazlı mələkGözüylə başladı artıq işarə, imayə.Təbəssüm ilə xiyabanə doğru meyl etdi,İşıq salırdı üzü göydə parlayan ayə.Yaxınlaşınca ona dərdimi bəyan etdim,O qönçə ləblərini açdı nitqi-guyayə:“Sən ey cəmalıma çılğın kimi baxan məcnun,Bu eşqim etdimi artıq səni qəmə dayə?Dayanma, aç bana söylə, haralısan, kimsən?Səbəb nədir ki, yolun düşdü bu xərabayə?”Dedim ki: “Türkəm özüm, iştə dinim islamdır.Yabançı idi könül eşqə, dərdə, sövdayə.Kəməndi-zülfünü salmış qəza bu gərdənimə,Çəkə-çəkə gətiribdir məni bu məvayə”.Bəyəndi nitqimi, göftarimi, dedi: “Apres!”.Bu aşiqanə cəvabə, bu nitqi-guyayə,Ucaldı taleim, ol sərvi-naz qıldı kərəmŞu xəstə aşiqini çəkdi xəlvəti cayə.Bununla sərvi-xuramanım istəyirdi demək:“Yazıq, bu məxzəni-hüsnümdən al ələ mayə”.Dedim: fəda bu günə, saətə, ilə, ayə,Düçar qıldı məni sən kimi dilarayə.Kəməndi-zülfdə könlüm, – dedim, – olur pamal,Fəqət səadət ilə salmış üstümə sayə.Mətanət ilə dözərdim fəraqə, bilsəydimO ah-zarın olur intihası bu payə.Cünuni-eşqinəm, ey könlümün sevinci mənim,Fəda şu mərhəmətə, hüsni-xülqə, simayə.O gül dodaqlarını qoy mən eyləyim tərif,Keşiş çəkərmi mənim tək ona gözəl ayə?Üzün çiçəkdir, açılmış o baği-hüsnündə,Təranə bülbülüyəm, mailəm bu bağçayə.O dadlı ləl-ləbindən cahanda sərxoş olağVurarmı busə ləbi-camə, çeşmi-səhbayə?Fəda o qəmzəli, ceyran baxışlı gözlərinə,Fəda o nazlı xuraman, sərvi-balayə.Aman, aman, bana böylə xumar-xumar baxma!Ki od vurur baxışın xərməni-şəkibayə.Sıra-sıra düzülən o xədəngi-müjganınDağıtdı könlümü yeksər, gətirdi qovğayə.O zülfün olsa əlimdə nə bakim əjdərdənBütün cahan tapınar öylə hüsnə, sövdayə.İnan, Məsih də vurulmuş o sərv qamətinə,Nihan baxar üzünə, həmd edər təalayə.Cahanda aşiq olan sən kimi dilarayə,Gedərmi cənnətə huri, deyə, təmənnayə!..Sənin yolunda da, dilbər, gərək mən ad çıxarım,Düşə adım bu yaxın və uzaq hər ölkayə.Bu Şaiqin ola dillərdə böylə əfsanə:Çevirdi üz qəmi-tərsadə dəşt-səhrayə.Gülə-gülə dedi Şaiq: “Əsirgəməm canımı,Sənin kimi belə bir xoş nəvalı şeydayə”.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов · О любви