Qadın ürəyi
Necə rəhmlidir, necə amansız,Necə mehribandır qadın ürəyi!Sən onu sındırsan, bil ki, a qansız,Ağlayan kamandır qadın ürəyi.
Güldürsən, ömürlük səadətindir,Söndürsən, yanmağı bir də çətindir.O, əsl qayğın, məhəbbətindir,Sevgisiz zindandır qadın ürəyi.
Daşı da əridər, daş da olar o,Əriyib gözlərdə yaş da olar o.Bahar da olar o, qış da olar o.Damladır, ümmandır qadın ürəyi.
Onunla dünyadır sənə qəfəs də,Onsuz heç yaşama bu torpaq üstə.Sevən bir ürəyə axır nəfəsdə,Ən gözəl dərmandır qadın ürəyi.
Onu alçaldan da, ucaldan da biz,Dərd verib vədəsiz qocaldan da biz.Qədrini biləndə bu cahanda biz,Həmişə cavandır qadın ürəyi.
Bəzən gültək solar acı bir sözdən,Ağlayar xəlvəti, gülsə də üzdən.Bəzən uşaq kimi ən ürəksizdən,Məhəbbət umandır qadın ürəyi.
Bir namərd əlindən zəhər içəndə,Keçirər ömrünü o, yas içində.Bəzən ən qiymətli libas içindəNalədir, fəğandır qadın ürəyi.
Ömrə zinət verən, səadət quran,Kişi ürəyini nurla dolduran.İsməti bir nəsli göyə qaldıran,Eşqə hökmrandır qadın ürəyi.
Sənsiz əl çəkərəm arzudan, kamdan.Nə çıxar sevgisiz-sənsiz ilhamdan?İncitsən dözərəm,Tofiq Bayramdanİncimə, amandır, qadın ürəyi!
Kitabxana.az · https://kitabxana.az/ru/works/tofiq-bayram-qadin-ureyi
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Стихи других поэтов · О любви
Gətməsə Batmanqılıc tranə, nəzm etməz qəbul,Cəlb edək ol zatı iovriyyəlle, Allah eşqina.
OynarYenə fəsli-bahar olmuş məgər badi-bahar oynar,Dəyər hər ləhzə gül üzdə pərişan zülfə, tar oynar.
GörmədimViranə bağlara mən oldum bağban,Almasın, heyvasın, narın görmədim.
YadigarSallanıb-sallanıb naz ilən gedən,Yarəb, bilmənəm kimin nazlı yarıdır,