Raketlər əriyir, gözünüz aydın!Əriyir qəlblərdə o səksəkələr.İnsanlar, səfərdən rahat qayıdın,Qorxusuz, hürküsüz yatın gecələr.

Raketlər əriyir, torpaq büsbütünBolluğa, ruziya qərq olsun gərək.Raketsiz bir dünya kasıbın, lütünƏynində paltardır, ağzında çörək.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов