Ay camaat, xəstə düşüb ölürəm,Dərdimə dərmanı yar eylər-eylər.Həsrət qaldım yarın uca boyuna,Yanar canım ahu-zar eylər-eylər.

Anam gəlib kəsdirəydi yanımı,Yar demərəm, şaxta vurar canımı.Yay dolusu döyər bağ-bostanımı,Alçaq dağlarımı qar eylər-eylər.

Fələk, sənlə çox eylərəm savaşı,Ahımdan dumandı dağların başı.Üzümü yandırır gözümün yaşı,Ağlamaq Bəstini kor eylər-eylər.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов · О любви