Hacı Zeynalabdin Tağıyevin abidəsi qarşısında
Ay Hacı, gəlişin mübarək sənin,Əhsən surətini yaradan elə!Dağıldı heykəli çox başkəsənin,Yerdən baş qaldırıb döndün heykələ.
Sən elin dilindən qazandın rəhmət,Yaxşılıq itməyib, düşsə də dara.Xalqın qəlbindəki gizli məhəbbət,Axır heykəlləşib çıxdı aşkara!
Kitabxana.az · https://kitabxana.az/ru/works/tofiq-bayram-haci-zeynalabdin-tagiyevin-abidesi-qarsisinda
Клавиши ← → для перехода, R — случайное стихотворение