Bacım Svetlanaya ithaf

Nəfəsindən süd qoxusu,Bahar ətri gələn bacım!Mənim ana diyarımdaAzad, xoşbəxt gülən bacım!Sən nə qədər mehribansanSən nə qədər bəxtiyarsan,Mənim bahar Vətənimdə,Sən solmayan bir baharsan.Hər xoş sözünƏn gözəl bir nəqarətdirÜrəyimin nəğməsinə.

Gülüşlərin, təbəssümünTaxılır tər çiçək kimiVətənimin sinəsinə.Anamın xoş laylasıylaMışıl-mışıl yatanda sən.“Qızıl gülə batanda sən”Nələr duyub başındakıHər ağ tüküBir gününçün ağardanBu qoca anam.Öz əyilmiş beli ilə,Uca dağdan uca anam!Çarpayının üzərinəO astaca sinə-sinə,Sənin ürək döyüntünüBu gün sənə qaytarmaqçınDünən alıb sinəsinə.Radionu hər gün səhərİntizarla dinləyəndə,Əllərində hələ yurdsuzKörpələrin al qanlarıQurumamış, cavanlarıHərb deyəndə:Mən qoymaram qana batsın.Çox sevdiyim – bu körpəni! –Deyib ana, qucağınaDaha möhkəm sıxmış səni.Körpə bacım, mən qoymaramDodağında hıçqırıqlar,Sinən üstə al qan görüm.İstəmirəm bədənindənAxan qanlaUçan evlər arasındanİzlər salıb,Tənha qalıbBalam hanı! – deyib anamAça sənə qollarını,İstəyirəm qədəminləİzlər salıb ağardasanAna məktəb yollarını,Lakin bizdən uzaqlardaFəlakətlə əkiz olanKörpələr var, analar var.Məhbəslərdə al günəşəBarmaqlıqlar arasından,Baxır onlar.Afinada, MançestrdəFaşistlərin hökm etdiyiNeçə yerdə,Məhbəslərdə əsirlikdəMəsum körpə uşaqları:Vaxtsız öldü köç eylədi.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов