Salmayın fikrimi qəribliyə siz,İnanın, harda ki, şair sözü var.Hazıram and içib deyim ki, şəksizBütün çiçəklərin görən gözü var.

O gözlər dikilib gözlərimizə,Bizimlə bir görür baharı, qışı.Yüz sirli, mənalı söz deyir bizəAçılan güllərin qönçə baxışı.

Cavanlıq çağımda, girdim çəmənə,Yığdım qucağıma bir dəstə çiçək.Onlar məlum-məlum göz dikib mənə,Elə bil dedilər: – O gəlməyəcək.

Gözlədim, özümü yandırıb-yaxıb,Gülləri saraltdı sinəmin ahı.Onlar da mənim tək yollara baxıb,Dindilər: – Bizlərdə görmə günahı.

Yolub çiçəkləri səpdim yerə mən,Torpağa döşəndi çəkdiyim dərd-qəm.Nə danım, indi də xəcalətimdənGüllərin gözünə baxa bilmirəm.

Elə ki, dərd sıxır bizi nar kimi,Ümiddən, gümandan əllər üzülür.Güllər də ağlayır insanlar kimi,Qəmli gözlərindən şehlər süzülür.

Birimiz həyatla vidalaşanda,Bizi yola salır güllər, çiçəklər.Gəlib arxamızca mənzil başında,Yetim tək boynunu bükür çələnglər.

Elə ki, qurtarır bağların barı,Yarpaqlar saralıb düşür torpağa.Güllər yada salıb ötən baharı,Büzüşüb həsrətlə baxır uzağa.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов · О природе