Alqış deyim bu torpağın nemətinə,Elin halal qismətinə alqış deyim.Ürəklərin birliyinə, vəhdətinə,Hünərinə, zəhmətinə alqış deyim.

Bu zəfərin işığıyla gözlər nurlanır,Qürurlanır insan oğlu uca dağ kimi.Ana vətən gözəlləşir, ellər varlanır,Qızıl payız nübarlıdır ilk bahar kimi.

Mərd əllərin öz zəhməti, öz varıyla,Bir millətin qeyrətini bilmək olar.Ovucların işıq saçan qabarıyla,Günəşdəki ləkəni də silmək olar.

Bu əllərin hünərinə alqış deyim,Onlar bizim şöhrətimiz, dayağımız.İgidlərin hər birinə alqış deyim,Başdan-başa bərəkətdir torpağımız.

Uçum qartal qanadında xoş xəbərinMuğanımı, Mil düzümü alqışlayım.İstəyirəm mərd qızlara bu göylərin,Ən işıqlı ulduzunu bağışlayım.

Cavanların zəfər dolu yürüşünəYol göstərən qocalara alqış deyim.Vaxt tapmayıb bulaq üstə görüşənə,Məhsul yığan bacılara alqış deyim.

Körpələri evdə qalıb yol gözləyənGəlinlərə, analara alqış deyim.Ağ kolları kitab kimi əzizləyənO göyərçin balalara alqış deyim.

Xalqın şirin zəhmətini, əməyiniÜmman edən hər damcıya alqış deyim.Məşəl kimi yandırıb öz ürəyini,Yol göstərən sükançıya alqış deyim.

El qeyrəti damarlarda coşub-daşıb,Elə bil ki, hər birimiz beş nəfərik.Şəhərimlə kəndlərimlə qucaqlaşıb,Gecə-gündüz səfərbərlik, səfərbərlik.

Bayraq rəngli, nur çələngli qələbənin,Bəhrəsini görənlərə alqış deyim.Bir cərgədə kəndli qızla tələbənin,Axıtdığı halal tərə alqış deyim.

Siz ey odlar diyarının yaraşığı,Hər birinizin çöhrəsində günəş yanır.Yoxa çıxır alınların qırışığı,Sizə baxıb yorğun gözlər işıqlanır.

Hər biriniz bu torpağın şah əsəri,Hər biriniz şöhrətsiniz bu həyataƏn sərvətli bir ölkənin sahibləri,Layiqsiniz min alqışa, mükafata.

Qızıl taylar ucaldıqca ehram kimi,İstəyirəm dəniz olub mən çağlayım,Ürəyim də genişlənir ümman kimi,İzin verin, hamınızı qucaqlayım.

İlham sizin, şeir sizin, sənət sizin,Yer də, göy də eşqinizlə vəcdə gələr.O mis kimi yanan isti əlinizinAtəşindən doğulmuşdur bu kəlmələr.

Azərbaycan xoş xəbərlər məkanıdırAzərbaycan – şadlıq yeri, toy diyarı.Qələbələr bu torpağın ünvanıdır,Ey insanlar, geniş açın qapıları.

Küçələrdə tar səslənsin, kaman dinsin,Haqqımız var yallı gedib, qanad açaq.İgidlərin səcdəsinə günəş ensinQədəmlərə gül səpilsin qucaq-qucaq.

Ana Vətən, qadir xalqım, gözün aydın,Mübarəkdir bu bayramın, bu təntənən.Alnın açıq, başın uca, üzün aydın,Bir müqəddəs bayraq kimi ucaldın sən.

Bəxtəvərsən, başdan aşır var-dövlətin,Bərəkətin dəniz-dəniz aşıb-daşır.Ana Vətən, ağ qızılın, bol sərvətin,Gözün aydın milyon tona yaxınlaşır.

Alqış deyim bu arzuna, niyyətinə,Övladların qüdrətinə alqış deyim.Ana torpaq, dünya gəzən şöhrətinəAlqış deyim, alqış deyim, alqış deyim.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов · О родине