Qəlbimizdə xəlvətiÇəkdik ahu-zarını,Səsinə həsrət qaldıqŞairlər yığnağında,Yağıdan gizlədibOnun söz gülzarını,Şerini pıçıldadıqDodaqaltı, xəlvəti.Axır ki, itkin saldıqBu qorxu azarını.Yıxdıq qəmin, həsrətinQuşqonmaz hasarınıÖlümünə qol çəkənRütbəli alçağın da,Alçağa yançağın daBağladıq bazarını.Biz də qeyrətə gəldikDünyanın düz çağındaQırx il donub buzlayanCavidin məzarınıİsidib nəfəsimizləƏritdik buz qarını.Hər çiçəyin telində,Hər gülün saçağında,Hər ürəkdə bəslədikOnun laləzarını.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов · О природе