İndi suyun altında,Torpağın qucağındaGəzirik şerimizinCəh-cəh vuran tarını.Hər qaya kölgəsində,Hər divar uçuğundaGecə-gündüz axtarıbOnun son gülzarını,Hər şeir məclisindəHər sənət ocağındaOtuz yeddidən bəriÇəkib intizarını,Ha gəzirik, tapmırıqMüşfiqin məzarını.O harda itgin düşüb?Harda yerə quylanıb?Atsaydılar quyuya,Fantan olub çıxardı.Daş çöksəydi üstünə,Yer altından haylanıbVulkan təki püskürübSal daşı da yıxardı.Bir səhraya düşsəydi,Damcı-damcı paylanıb,Cadar-cadar torpağaÇeşmə-çeşmə axardı.Tək qalsaydı, ölümünÜstünə qulaylanıbƏzrayılı oduylaO, yandırıb, yaxardı.Yeri məlum olsaydı,Ruhu yerdən boylanıb,Bir çiçəyin gözüyləDilbərinə baxardı.Bu gözün qarasında,Bu saçların ağında

Görərdi eşqi yetimYüz-yüz ərsiz qarını.Başı dərdli, bəlalıOtuz yeddidən bəriÇəkib intizarını,Hər şeir məclisindəHər sənət ocağındaHa gəzirik, tapmırıqMüşfiqin məzarını.Zamanın küləkləriOnu hara apardı?Varmı elə bələdçiÜnvanını izləyə?Onun çılğın ürəyiDəniz kimi qalxardı,Gömülsəydi torpağa,Dözməzdi səssizliyə.Bir alıcı quş olubHökmən bizi tapardı.Qoymazdı həsrətlilərİllərlə yol gözləyə.Sükunətin qoynundanBir gün tufan qopardı,Əbədi son qoyardıBu gedər-gəlməzliyə.Yenə söz meydanında köhlənini çapardı.Şairləri çağırıbSədaqətə, düzlüyə.Bəlkə qalxıb göylərə?Günəşdəki ləkəniŞeriylə təmizləyə?Sənətin Müşfiq adlıBir möcüzəsi vardıYerlər köksünə dardı.O, yenə var! –Yer onuBizdən çətin gizləyə.Axı bu nə ayrılıq,Bu necə dərd-qübardı?Gərək hamı qəlbindəBu inamı bəsləyə:Onsuz şeir tarımınSarı simi qopardı.Yox, yox, Müşfiq ölməyib,Qovuşub ölməzliyə!İtgin salıb illərinAğır intizarını,O, yaşayır,GəzməyəkMüşfiqin məzarını!

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов