Olur
Adam var ki, özü qəpiyə dəyməz,Baxma ki, geydiyi simuzər olur.Adam var yaranıb xoş niyyət üçün,Adam var yerindən bədnəzər olur.
Öyrən astarını al qumaşın da,Yoxla mayasını almaz daşın da,Adam var nadandı əlli yaşında,Adam var gənc ikən dərdi-sər olur.
İnanma dünyada müxənnət kəsə,Qurandan don geyib, mələyəm desə,Qohum xaindisə, dost xaindisə,Beləsi düşməndən çox betər olur.
Adam var saatda min yalan söylər,Sındırar könüllər, dağıdar öylər,Qanana bir kəlmə kifayət eylər,Qanmaza yüz desən söz hədər olur.
Bayraməli, dünya kimsə qalası,Zalım fələk verdiyini alası,Namərd olmaz mərd atanın balası,Xərdən xər törəyir, nərdən nər olur.
Kitabxana.az · https://kitabxana.az/ru/works/xeste-bayrameli-olur
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Eşit sözlərimi, əziz qardaşım:Çarəsiz xəstəyə dərman şirindir.
Yaxşı oğul, yaxşı ata yerindəMin yaşasın qədir bilən övladı,Ana vüqarıdı, ata imdadı,
YaxşıdırNadan söhbətindən, gəda sözündən,Bir qanan üzümə söysə yaxşıdır.
YaxşıdırCan qurban eyləsən, layiqdir, yenəO gözəl qədrini bilsə, yaxşıdır.
Стихи других поэтов
Sallanıb-sallanıb naz ilən gedən,Yarəb, bilmənəm kimin nazlı yarıdır,
Bir kəs ki, qəm düçarı ola, ağlar, ağlamazBir kəs ki, qəm düçarı ola, ağlar, ağlamaz?Ənduhu qüssə yarı ola, ağlar, ağlamaz?
OlduQəhbə fələk, bu gün bir iş işlədi,Məni yardan ayrı salacaq oldu,
EyləməsinFələk heç kimsəni, yarəb, nigəran eyləməsin,Heç kimi mayili-bir sərvi-rəvan eyləməsin,