Min yaşasın qədir bilən övladı,Ana vüqarıdı, ata imdadı,Həyatı, varlığı, eşqi, büsatı,Yaxşı oğul, yaxşı ata yerində.

Şirin-şəkər bir nübara bənzəyir,Bitib tükənməyən vara bənzəyir,Mərdin ocağında qora bənzəyir,Yaxşı oğul, yaxşı ata yerində.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов