Ay ağalar, bu ilki qışNə bekar adət elədi.Azar düşdü mal-qoyuna,Yaman qiyamət elədi.Soraq gəldi hər tərəfdən,Yetən şikayət elədi.Nə yaxşı ki, Şahi-MərdanBizə mərhəmət elədi.

Dabaq olmuş bir öküzünQıldım tədbirini yazdan.Söylədilər səd afərin,Gəlib-gedən bir ağızdan.Bircə cüt danam varıydı,Rəhmətə getdi payızdan.Nə məndən ələf istədi,Nə də ki zəhmət elədi.

Kasıb, varlı, hər ocaqdaƏt qazanı aşdı, daşdı;Olan qonşu olmayanaUcuz qiymətə yollaşdı.Kimi də səbrini basıb,Quran-kitaba sallaşdı;Yön çevirdi mollalara,Yalvardı, minnət elədi.

Kimi başladı fəryada,Kimi bəxtindən küsməyə;Zülm elədi bu naxoşluqGah öküzə, gah inəyə.Kimiyə tamah güc gəldi,Qıymadı payız kəsməyə;Arıq saldı, murdar oldu,Başına töhmət elədi.

Nəbiynən Qalayçı SöyünSaldılar gönlərin bəhsin;Məhəmmədlə də köməkliSürüdük birdən ikisin;ötürdü, qiymət elədi.

El arandan dağa köçdü,Qış ötüşüb, yaz düşəndə;Yenə şənləndi obalar,Karvan çəkib, biz düşəndə.Hər yaylaqda, hər məclisdə,Bir mahalda söz düşəndə,Bayraməli bu əhvalıDanışdı, söhbət elədi.

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов