Gəlin bu dünyanın gözəlliyiniNəsildən-nəsilə töhfə saxlayaq.Qovmaqçın zəhərli barıt iyiniƏrzə dəniz-dəniz gül-çiçək yayaq.

Ömrə ziynət olsun böyük əməllər,Arzuyla qovuşaq hər gələn günə.Bu çəkic, bu oraq qaldıran əllərSilah qaldırmasın biri-birinə.

Hərbin qollarına biz kəmənd vuraq,Mərmilər çürüsün dərin dənizdə.Poladlar əridib körpülər quraq,Tanklar yer şumlasın tarlada, düzdə.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов · О природе