Rübabə Muradovanın xatirəsinə
Yanıqlı nəğmələr oxudun bizə,Arabir göz yaşı boğdu səsini,Getdin, həsrət qaldın ana Təbrizə,Uddu qara torpaq qəm nəğməsini.
Bəxtin qara gəldi, ay “Qara gilə”,Bilirəm, dövrandan gileyli oldun.Döndün yana-yana bir ovuc külə,Vətən – dərdli Məcnun, sən Leyli oldun.
Kitabxana.az · https://kitabxana.az/ru/works/tofiq-bayram-rubabe-muradovanin-xatiresine
Клавиши ← → для перехода, R — случайное стихотворение