Əbəvi məqamı zidə şanə,Həmişə vəslinə olmuşam talib.Əqrəbu minəl-əb'əd vəchhi,Ziyarətin bizə olubdur vacib.

Şuğlumuz həddən olub ziyadə,Gahi süvarəyik, gahi piyadə,Həmdəmsiz qalmışam belə səhrada,Nə münis tapılur, nə bir müsahib.

Nə ağlayan ələ düşər, nə gülən,Tapılmaz bu pərdə bircə dil bilən,Səndə yarım tezlik ilən gəl, gələn,Bəlkə təsir edə şihabə saqib.

Mənə indi xəyal olub məşğələ,Fikrim heyəti-mədən edir məsələ,Təsirindən zahir olur zəlzələ,Nücum-i bəxtimə baxır kəvakib.

Yalqızlıqdan dama dönüb başımız,Təbbax qəzadan bişməz aşımız,Az qalubdur qırxa yetsin yaşımız,Kimiçün yüz verüb belə əcaib.

Adı var dünyada, yox imiş himmət,Nəyə münasibdir mehrsiz ülfət,Yüz kərə kərəmdən olsan bi-rəğbət,Həqiqət mən sənə rağibəm, rağib.

Qəza hər rəhrovdə qurubdur damin,Ayağın bağlayır bəxtənin xamın,Əcəl əjdahası açubdur kamın,Nə baş qoyacaq, nə quru qalib.

Bu sözlər təb'imə gəldi müvafiq,Əgərçə təhrirə deyildi layiq,Həmişə qulunə deyilüb sadiq,Qasırım, deyiləm dünyada kazib.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов · О судьбе