Odun
Çıxdı yay, oldu payız, qış yetişər ləşkərilən,Çırpısız kimsə durub mən kimi əşk-i tərilən.
Odunu olmasa hər kimsənin qış fəsli,Ağlaşar tifl, çıxar yumruğa arvad ərilən.
Bəzi illər meşədən seyl gətirərdi heymə,Yığmağa xalq darışardı pəsər-ü dühtərilən.
Zeyd-ü Əmr ilə baxıb özümə olam asi,Çıxaram cəngə xudavənd ilə peyğəmbərilən.
Şükür Allaha ki nə seyl vardır indi, nə odun,Keçirir bəzi adamlar qışı çöp-i tərilən.
Vay mən Qasır İsmayılın əhvalinə vay,Ki odunsuz çıxarıdı başa qışı Hacər ilən.
Kişi məktəbdar olunca bu vilayətlərdə,Yeğdir ondan dolana gav-xər-ü ustər ilən.
Bir neçə şəxslə ülfət eyləməkdən yeğdir,Gedüb ülfət edəsən Artun ilən, Kəsbər ilən.
Bizim ibnayi-zamanə eyləməz heç təsir,Zülfüqarın götürüb gəlsə Əli Qənbər ilən.
Çəkərəm çərx üzə nok-i qələmilən əşkal,Verərəm bir-birinə elmilə bəhri-bər ilən.
Lənkəranda neçə illərdir idirəm nəşvünüma,Burda mən anlamadım doğrusu xeyri şər ilən.
Tə'n-i hər həyz-u dəniydən mənə xoşdur bu,Edələr cismimi yüz parə əgər xəncər ilən.
Qopsa gər qışda qiyamət ki müşəxxəsdir bu,Ki odunsuzlar üzün nara salur kafir ilən.
Az qalub bir para arvad qoya başına papaq,Dolana bir para nakəs kişilər məcər ilən.
Bəs döyüb zövraq-i iqbalimə əmvac-i zaman,Çəkmişəm sahilə öz nəfsimi bir lənqər ilən.
İndidən xalq odun fikrini edir, amma kim,Olub əngüşt bərabər mənə müşk-i tər ilən.
Gər simavər kömürü olsa müheyya göndər,Eşşək alvərdi sopa, Mehdi Qodux Cəfər ilən.
Kitabxana.az · https://kitabxana.az/ru/works/sirvanli-molla-ismayil-qasir-odun
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Hacı Filan öz qızını şövhərə verdi,Yəni ki bizim türki dilicən ərə verdi.
Mürəbbə: Sənə ey pədərəm bu iki sözüSənə ey pədərəm bu iki sözü,At başı göndərdim Ağa Muraddan.
Qara pulHəllal-i müşkilat-i cahan oldu qara pul,Edər iki dəqiqədə min dərdə çarə pul.
Məhəmməd Əli bəy MəcruhəƏbəvi məqamı zidə şanə,Həmişə vəslinə olmuşam talib.
Стихи других поэтов
Fikr eylərəm, didəm dolur yaş ilən,Mən olmuşam bəxti qarə ağlaram,
Niyə getdin? Niyə döndün? Niyə baxdın?Gəldin də, niçin pəmbə buludlar kimi axdın,Bilməm, niyə getdin, niyə döndün, niyə baxdın?
Sufiyə səf ol bu gün çün rəh-i ərkan səndədirSufiyə səf ol bu gün çün rəh-i ərkan səndədir,Çünki tövhid əhlisən, din ilə iman səndədir.
MüştaqəmEy yar vəfadarım,Didarına müştaqəm,