Niyə getdin? Niyə döndün? Niyə baxdın?
Gəldin də, niçin pəmbə buludlar kimi axdın,Bilməm, niyə getdin, niyə döndün, niyə baxdın?
Şimşək kibi çaxdın da, niçin könlümü yaxdın,Bilməm, niyə getdin, niyə döndün, niyə baxdın?
Sərpildi alev ruhuma süzgün baxışından,Sarsıldı da həp bənliyim, ey afəti-devran.
Gəl, gəl, olayım səndəki hər cilvəyə qurban.Bilməm, niyə getdin, niyə döndün, niyə baxdın?
Kitabxana.az · https://kitabxana.az/ru/works/cavid-niye-getdin-niye-dondun-niye-baxdin
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Belçikada sülh qurultayı... Salonun sağ tərəfində rəyasət hey’ətinə məxsus masa və*qoltuqlar qoyulmuş. Hey’ət ə’zaları dürlü millətlərə mənsubdur. Yanlarda mühərrirlər*
Dördüncü pərdəİsveçrədə parlaq və möhtəşəm bir salon... Səhnədə üstü içki və məzələrlə dolu üç masa görünür.*İçəridə daha geniş salon, masalar və dans yerləri var. Sol Masada ArifləRə ’ n a... Sağda alman,*
Beşinci pərdəİsveçrədə yüksək və möhtəşəm üslub ilə süslənmiş böyük bir oda... Qarşıda ipəkli*pərdə arqasında yataq odası bulunur. Sima ən zərif bir qiyafətdə olaraq masa*
M.T.Sidqiyə məktublar(Farscadan tərcümə)1
Стихи других поэтов
Sən, ağa, bizlər ucun ruhi-rəvansan, getmə,Nə həmin bizlər ucun, aləmə cansan, getmə.
Sarı bülbülGülün eşqiylə nədəndir çağlar,Çağlamaqdan darılıbdır bülbül.
Edər hər qəmzədən məqtul yüz canı qara gözlərEdər hər qəmzədən məqtul yüz canı qara gözlər,Salıbdır mərdüm içrə gör nə qovğanı qara gözlər.
Xam sevdaKönül çıxart başdanBu xam sevdanı