Xam sevda
Könül çıxart başdanBu xam sevdanıSənin əlin çatmazDərən bu heyvanı
Çibin qapa bilməzŞikar şahbazıToyuq tapa bilməzMəqam tərlanı
Necə dərər şil əlAğacda limonu
Çolaq haçağ tutmuşQaçaqda ceyranı
Dolandırır hər yanHəmişə sərgərdanDalıca bu surətMən heyulanı
Məni umuzdırdıO dənə xalıBəli gedər huşuGörəndə quş danı
Əcəb düçar oldumZəlil və xar oldumXuda xarab etsinBu şəhr Tehranı
Atalla hər yan oxKeçib gedim, yol yoxDutubla hər səmtiKəsubla hər yanı
Bu hürdür çıxmışCahana cənnətdənFəriştədir geymişLibasi insanı
Apardı bir görcəkBu gözləri köyçəkÜrəkdən aramiƏlimdən imanı
Gül öz eylər vəsfinBu aşiqi-miskinHəmişə bülbüldürGülün qəzəlxanı
Gəlib bu bimaraÖzün ilə çarəOlur mənim dərdimSəninlə dərmanı
Sağalmadı dağıKönül gəl, ey saqiƏlindən ol camıAlım verim cani
Ayağa dur saqiBu dərd-ü qəm çağıCahan deyil baqiBu ömürdür fani
Bu künc-i möhnətdəDarıxdım əlbəttəEdər yenə könlümHəvəs gülstanı
O çağ ki mən keçdimBu dar dünyadanHər ol ki aşiqdirOxur bu divanı
Fələk məni atdıQıraqa HidəcdənQayıtmağa yoxdurO kəndə imkanı
Kitabxana.az · https://kitabxana.az/ru/works/zencanli-molla-mehemmed-hideci-xam-sevda
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Стихи других поэтов
Doğarmı bir yenilik bu hilalın altında?..Bu yer, bu göy, bu günəş köhnə, bu həyat köhnə!
ƏlifbaƏlif Allah ilə yad etdim mən Allahu əkbəri,Bəqayi-lə-yəzəldir fani olmaqdan bəri,
SəninAlçaqlı, ucalı dağlar,Xub əsir yellərin sənin.
Batbat yeyən uşaqlarƏqrəb yuvası, palçıq evlərdə,Daş əsrindən qalma iyrənc yadigar,