Əqrəb yuvası, palçıq evlərdə,Daş əsrindən qalma iyrənc yadigar,Ölümü gözləyən, həyatdan məyus,Bir ovuc ac, çıplaq kəndli yaşayar.Hələ sökülmədən dağda dan yeri,Taxta qapıları günəş döymədənTüstülər pəyələr, səs-səda qopar,Çölə gedən olur, naxıra gedən.Dolub boşalırkən bulaq başlarıİnəklər, buzovlar sulardan içər.Dünyaya gəlirkən yeni yolçular,Əski yolçular da dünyadan köçər.Analar əlləşər şirin can üstə,Yoldan keçənləri çağırar dağlar.Hər yerdə görünər cinli, dualı,Zəhərli “batbat”dan yeyən uşaqlar.

Dövlətli uşağı yeyirkən qışda,Portaqalla alma, ananas, banan,Kəndli uşaqları meyvə dadmazlar.Onların meyvəsi batbatdı inan...Hakimlər buradan atını sürməz,Acından “qurudu qapanı” görməz.Bizim yerdə xaqan dəyişmə edər,Kəndlini soyub da zənginə verər.Basılarkən kitab, süslü zərnigar,Altun diyarında xatun səs salar.Hisli daxmalarda əkinçi çürür,Ölkənin şöhrəti dünyanı bürür.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов