Gənc azərbaycanlı yazıçıSəməd Behrəngi Arazda üzərkən boğuldu.

Yayın isti bir günündə,Dağdan qəmgin günəş doğdu.Hələ o gün gün batmadanBehrəngini Araz boğdu.

Yayıldı bir kölgə suda,Sular aşdı, çatmalandı.Araz özün bir yel sanıb,Behrəngini qurban sandı.

O zaman ki, bağçalardan,Quşlar uçdu, gül ələndi.Araz uddu qurbanlığı,Qızıl sular həlqələndi.

Uzaqlardan axıb gələn,Araz oğlun qucaqladı.Qara yerdə yatdı Səməd,Sel ağladı, el ağladı.

Behrəngini yad edərkənCan odlanar, ürək yanar.Dastanların oxuyanlar,Hörmət ilə onu anar.

Zülmət çöksə üfüqlərə,Yenə günün rəngi qalar.Yürüş etsə şaxta, boran,Unudulmaz güllü bahar.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов · О природе