Dalğalar qabarmış
Xatirət dəftərindən
Dalğalar qabarmış, açılmış güllər,Sübhün havasında, su pərdəsində.Duyulur fəraqın qəmli ahəngi,Ağır-ağır uçan quşlar səsində...
Çamlıqlardan əsən ilıq nəsiminİpək qanadları oxşayır məni.Onun saf nəfəsi əngin dənizdə,Suları qabardıb, açır yelkəni.
Üfüqlərdən doğan qızıl günəşin,Zümrüd sularda ərir kölgəsi,Gəmi uzaqlaşır, uzaqlaşdıqca...Sədəfli sahilin kəsilir səsi...
Sədəfli sahillər, yaşıl ormanlar,Sahildə tək qalan sarışın nigar.Sular ayırsa da məni sizlərdən,Min xatirə məni sizlərə bağlar.
Dalğalar qabarmış, sular köpürmüş,Qırılmış yelkənin ipək qanadı!Quşlarla bərabər mavi şərqidən,Gəlirik sənə, ey güllənən bati!
Ey güllənən bati! Saralır rəngin!Gümüş sahillərin gəlir nəzərə...Səndən doğan ayın ilk işıqları,Damla-damla düşür, sular üzərə...
Sular çəkilmişlər, dəniz quşları,Qumlarda qalan öz ruzusun arar,Sular çəkilmişsə, kainat susmuş,Könüldə həsrətlər olurlar bidar...
Kitabxana.az · https://kitabxana.az/ru/works/hebib-sahir-dalgalar-qabarmis
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Стихи других поэтов · О природе
Yol üstündə gəlin söyüd boylandı,Hörükləri qızıl zərə boyandı.
Qəzəl: Atəşin göynər özü sineyi-suzanımçünAtəşin göynər özü sineyi-suzanımçün,Bəhr hər dəmdə açar didəyi-giryanımçün
TilliBənövşə tək sünbül zülfün boy verir,Hər yuyub sərində havaya, tilli.
Ağca qızSəni gördüm oldu əqlim pərişan,Əridi ürək kimi yağı ağca qız,