Titrədir çırağı yelin nəfəsi,Ucalır bağlardan gecənin səsi.Ağaclar ardından göy işıqlanır,Yarılır çinarın ipək pərdəsi.

O yarı gecədə güllənən məhtab,Uzaq üfüqlərdə açır bir sərab.Donuq sularda ay parçalarıGümüş biləklər tək çırpınır bitab.

Gecənin sükutu artırır qəmi,Ayın işığında bir xəyal kimi.Bir quş qanad çalır, səslənir o quşBu gecə yarısı çağırır kimi?

O quş sevdaların əksi olmasın,O səs xülyaların səsi olmasın,O da arzularım, ümidim kimiBu qəmli gecədə sönüb solmasın.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов