Şerin səsi
Gün batarkən qızıllanan çaylardaGül açardı yazın gözəl axşamı.Uzadardı mənə şerin pərisiŞərab ilə dolu, altun bir camı...
Mən məst ikən, tarlalardan duyardım:Böcəklərin aşiqanə nəğməsin...Eşidərdim həm də yaşıl dərədən,Meşələrdən axıb gedən su səsin.
Bürünərkən yollar naxır keçəndə,Turunc rəngli buludlanan tozlara.Naxır yoldan ötüb, tozlar yatarkən:Çəmənlikdə rast gələrdim qızlara.
O qızların ən işvəli gözəli,Uzadardı mənə bir dağ çiçəyi...Mən o gülü bir saxsıda saxlardım...Olsun deyə otağımın bəzəyi.
Ay doğarkən kölgələnmiş sularda,Ayın gümüş işıqları titrərdi.Dağ çiçəyi verən nazlı qız mənəŞərab ilə dolu bir cam verərdi.
Mən məst ikən o dilbərin səsində...Şerin mərmüz, dərin səsin duyardım.O, yatarkən eşqin sönməz rəngilə,Şerin ipək pərdələrin boyardım...
Kitabxana.az · https://kitabxana.az/ru/works/hebib-sahir-serin-sesi
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Стихи других поэтов · О любви
Bu məkanda müşk ənbər yeri varQara gözlüm gəzən yerdir bu yerlər
Eşq-məhəbbət ölməyəcəkXalqlar üz-üzə dursa da,Eşq-məhəbbət ölməyəcək...
Deyişmə: Qış fəslinçün tikdirmişəm, bil, səniQış fəslinçün tikdirmişəm, bil, səni,Bir aylığa düz, Allahı sevərsən.
Könlüm səni istərYüz şux dil-aram ola, könlüm səni istər,Yüz simin-zər əndam ola, könlüm səni istər,