Ay işığı öpür suları... Sular,Soyuq bir gülüşlə uzaqlaşırlar.Gecənin sükutun yırtan nəğmələr,Dağları ağladan, daşqın dərələr,Çağırır fənaya uğrayanları...Hürküdür quşları, çalayanları...Öz sevgilisindən ayrı düşən birBayquş ağaclıqlarda fəryad edir...Çinarlardan qopan quru budaqlar,Qumlarda çağlayan, duru bulaqlar,Titrədir zülmətin dalğalarını,Açır həyatın bütün əsrarını...

Sükuta alışqan, məhzun könlüm,Sərməst, dinlərkən sərt baxışlı ölüm,Qara dumanlara bürünən qul tək,Uzadır mənə bir zəhərli çiçək!..

İçirdir şükran ilə dolu cam,Necə ki, içmişdi zavallı anam...Gecə yarısıdır, çırağım sönür,Başım ağrıyır, ürəyim döyünür.

Göy və yer başıma dönür... dönür mən,Hələ kainatın səsin dinlərkən:Baxıram uzaqdan gələn bir qıza,Üfüqlərə sarı axan yıldıza...

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов