Dəhridən etmə şikayət, oxuma ayeyi-yas,Qoy nəsim dağdan əsib, həm meşə, həm bağ oxusun.Bir gəraylı çağır! Ey türkədarın mərd balası!Sənin ahəngin ilə həm dərə, həm dağ oxusun.Qoy çəmənlikdə salıb köç və çadır qursun oba,Obanın qızları da eyləsin, otraq oxusun.Qoy yayılsın obaya, kəndlərə ahəngi-tərəb,Sahirin mahnıların bəlkə də üşşaq oxusun.Burax əfsanəni, əsrin oxu aydın kitabın,Qoy o dünyanı güdən, ənfasü afaq oxusun!

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов · О природе