Şekoft imas ki, nəsimi-səxavət ilə bu gün,Bənəfşə qamətidin getsə əzayi-əna.

Əcəb degil ki, əgər qılsa zərrəpərvərlik,Yetə üruc məqamında aftabə səha.

Nə söz əgər diləsə xatiri təvazö ilə,Edər sipehr sərəfraz qamətini düta.

Şüayi-şöleyi-tiği, lütfi-iclali,Müqəvvi tutar azərü nümayişi-ma.

Şicaətü kərəmü lütf xülqdür bizzat,Kişi neçün edə şərhi-sifatini inşa.

Bu gülşən içrə olursa həzar dastan tək,Nəvayi-mədhi ilə Sadiqi sürudsəra.

Yəqin ki, acizi-mədhi-ədanı mədhidir,Onun ki, edə kəlamın duası birlə əda.

Həmişə ta ola dərdmənd sərsərdi,Müdam ta edə fəsli-bahar ona dəva.

Gül səadətinə irməsün nəsimi-xəzan,Bahari-mərtəbədən olmasun nihalı cüda.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов · О природе