Qaranlıq gecədə tufan qoparkənİldırım tək nədən çaxmadın gözəl?Burucu dönərkən ayrılıq günüNə üçün arxana baxmadın, gözəl?

Uzun gecələr ah səni gözlədim,Səhər quşlarilə səni səslədim,Bağçamda nəstərən gülü bəslədim,Duru bulaq olub axmadın, gözəl?

Büründün ipəyə, bəzəndin gəlin,Bulağa qırmızı işıq ələdin.Ay kimi gecəni gündüz elədin,Bir tək çıraq əldə yaxmadın, gözəl?

Dəftərimdə sənə naxışlar vurdum,Meşələr içində alaçıq qurdum.Nədən bağımda ey qara gözlü “Rum”Saçlarına bir gül taxmadın, gözəl?

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов · О природе