İldönümün tutan yoxdu,Yoxdur səni yada salan.Qəbrin üstə göy ot bitdi,Ey Namurad, yazıq cavan.Asıldığın gündən bəri,Matəmlidir göy “Gülüstan!”

Dolaşarkən şimal yeli,Yurdun qızıl bayrağında,Ellər ilə od yandırdın,Babəkilər ocağında.Lakin əfsus, son işıq tək,Söndün həyat çırağında.

Nə ellərin məktəbindəKitabını açan oldu,Nə yazdığın qızıl yazıRəvac tapıb dastan oldu.Lakin sanma bu əsrdəHər şey bitib nisyan oldu.

Günün yeddi rəngi ərir“Qızıl üzən” sularında.Sənin izin, kölgən qalmışAstaranın baharında.Faşizm hələ hökm sürürQızıl odlar diyarında.

Məktəblərdə ana dilinOxutduran ustad yoxdur.Ordu-ordu oymaqlardaƏsir çoxdur, azad yoxdur.Keçib çıraq, sönüb ocaq,Xaraba çox, abad yoxdu...

Qaranlıqdır, tikanlıqdırHəramilər pusqu qurub.“Bağmeşə”nin bağlarınıToz basıbdır, afət vurub.Azadlığın gəmisindəKaftar durub, şeytan durub.

Dalğalanır fəzamızdaZindanların iniltisi.Eşidilir səhər-axşamRadiodan düşmən səsi.Bir çox hərzə ot gövərib,Qanad gərib yol iblisi...

Getdim baba diyarınaGördüm bayquş fikrə dalıb.Qəbrin üstə axşamçağıPayız günü şəfəq salıb.Səndən, yoldaş, xatirələr,Dərin sözlər canda qalıb.

Əzrailə qılınc çəksəm,Yenə bir gün öləcəyəm.Çıraq kimi ya bir axşam,Ya bir səhər sönəcəyəm.Bilirəm ki, yer altındaToz-torpağa dönəcəyəm.

Bunla belə əminəm ki,Nur zülməti boğacaqdır.Ən nəhayət, üfüqlərdənQızıl günəş doğacaqdır.Daş nə qədər bərk olsa da,İsti, soyuq oyacaqdır.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов