Həyatdır axar çeşmə,Yetər ah, dastan demə!Keçən gün, keçən gecəBir daha dönməz geri.

Yuxularkən köhnə şəhər,Parlarkən göydə ülkər,Oxurkən susərilər,An məni, gözəl pəri!

Səhərin rüzgarında.Dəyirman sularında,Təbrizin baharında,Rəngim var, sözüm vardır.

Məxməri çiçəyində,Ellərin ürəyində,Fərşlərin ilməyindəNaxışım, izim vardır.

Məhtabın çırağına,Sərxabın al dağına,Ol kəklik bulağına,Çoxdandı həsrətəm mən.

Ellərə alqış olsun,Düşmənə qarğış olsun!Qar yağsın, yağış olsun,Güllənsin bizim Vətən!

Yollardır çala-çula,Sağdan dön çapaq sola.O gedər-gəlməz yola,Dikmə göz, yetər gözəl!

Dağların başında qar,Səfərdə hadisə var,Yol çətin, keçidlər dar,Hələ at keçər, gözəl!..

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов · О родине