Hardasa iki namərdoturub üz-üzə indi;Biri rüşvət alandı,biri rüşvət verəndi.İlan kimi qıvrılıbxəyanət yatırpullar altında.Onlar qeyrət satıb,vətən satıbpullar altında;Bəlkə düşünüblər vətən nədir –Bir az qara torpaqdı,bir az da sudur.Cahil, vətən – Koroğlu qeyrətidi,Həcər namusudur.Rüşvətxora hər cür rüşvət gərəkdi.Rüşvət də rəng-rəngdi.Böyüklər qarşısındaəyilib-düzəlməkrüşvəti var.Yaltaqlığı da rüşvət alan olur,Rüşvət həqiqətə bənzəryalan olur,Rüşvət pulunauşağına “Əlifba” kitabı alan olurRüşvət – xəyanət ocağıdır,Rüşvət – kürəyimizə sancılan xainbıçağıdır.

Elə bu rüşvətxorlar idiBabəki qızıla satanlar –Yadların ayağına atanlar.Onlar Gəncədə Məhsətimidaşqalaq elədi,Susduq ki, neyləyək, taleyi belədi.Bakıda Sabiri qoçular söydürdülər,Fitva veribHələbdə Nəsimini soydurdular.İndi də qaranlıq bir evdə, tində,dalandaOnlar rüşvət verəndə, rüşvət alandaYenə biz oluruq müqəssir.Babək yenidən düşür əsir,Məhsəti təzədən daşqalaq olur.Nəsimi təzədən soyulur.Axtarın!Hardasa iki namərd oturubüz-üzə indi;Biri rüşvət alandı,biri də rüşvət verəndi.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов · О родине