Binalarqaçıb yığılıb şəhərlərə,bomboş qalıbçöl, düz, dağ, dərə.Binalar qısılıb bir-birinəməhəllə-məhəllə,tin-tin, küçə-küçə,dilim-dilim, qıça-qıça.Üst-üstə,yan-yanaağız-ağıza,eyvan-eyvana...Kəndlər koma-komayol qırağında tonqal qalayıb,verib baş-başa evlərŞəhərə gedən yollaratamaşa eləyirlər.İnsan, insan bolluğunacan atır. –Gündüz harda olsa dözər,yatandainsan qonşuluğunda yatır.Evlərdə insan xasiyyəti var,pəncərələroxşayır insan gözünə.Qonşu pəncərə axtarır özünə,qonşu işıq axtarır baxmağa,Qonşu bina axtarır,qoymasın bir-birini darıxmağa.Pillələr əl-ələ veribdairə vurur.Eyvanlar dırmaşıbbir-birinin çiynində durur,dünyaya baxır.Daşlar da bir-birindənayrı darıxır.Daşlara hopmuşinsan xasiyyətiüzə çıxır.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов