Şəbnəmlərlə boyalı ağ gül dərdim bir yığın,Gördüm güldə ətrin var, şəbnəmlərdə işığın.

Duydum sənin səsini səhər əsən nəsimdə,Səndə olan atəşdən ruhumda var mənim də.

Röyalarda parıldar gecə gözəl gözlərin,Tozlu zaman yolundan getməz ayaq izlərin.

“Yaradıcı” nəqşində səndən ilham almışdır,Pərdəsində baharın rəngləri qalmışdır.

Gözəlliyi dünyada sənsən gözəl yaradan,Qəndillərdə şöləsən, məbədlərdə sicurdan.

Əfsanələr dövründən səndən qalmış heykəllər,Səni sevən şairlər hələ gəzər dərbədər.

Sən bir nuri əzəlsən, göydən yerə əyləndin,İlk əsrarın yolundan; gələn yolçu sən idin.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов · О природе