Açılmışdı qrizantım gülləriXəzan olmuş bağçamızda bir səhər.İlk baharın qızıl saçlı günündənQalmamışdı üfüqlərdə bir əsər.Quşlar bizim yurdun tərkin qılarkən,Boş bağlarda könül dərdə dolarkən.

Uzaq eldən gələn gözəl bir pəri,Qapımızı açıb bizə göründü.O, ağ ipək geyimli məni görcəkAy işığı sandım, mənə süründü.O Naxçıvan bağlarında açılanBir gül idi, onun adı Zərəfşan.

Bəzəmişdi o gün, qara telinə,Al ipəkdən bağlamışdı bir çiçək.Dedim: – Zəri, dəyişmisən bu günlər,Bu nə bəzək, nə xəbərdir, de görək?Dedi sabah böyük bayram olacaqGəl, gül dərək, bağçalardan bir ətək.

Bayram tutaq, qızlar gəlsin oynayaq,Şam yandıraq, çoxlu gümüş şamdanda.Deyib gülək, gülsün qəmli könlümüz,Bir həqiqi bayram görsün cahan da.Əgər quru yarpaq yerə ələnibBax, bağçada qrizantım güllənib!

O zamandan keçmiş uzun sənələr,Bahar olub, sonra yarpaq ələnib.Unutmaram sevincini o qızın:Görsəm bağda qrizantım güllənib.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов · О природе