Yol ver keçim
Tökülsün suların üzünə,Ağaclardan qopan yarpaqlar,Qoy bağçanın, bağın xirməni,Sovrulsun və olsun tarimar...
Bahar yaşıllığı, bu soyuq,Qara torpaqlara nə gərək,Bu çöllərdə bitən tikanlar?Bəslərmi bağrında gül-çiçək?
İç, dəhrin zəhərli meyindən,Yansın ciyərlərin, dodağın!Ölümün həvəskarlı əli qoy,Qırsın ömrün yaşıl budağın.
Qoy quşlar uçsunlar... Səsləmə!Mərmuz ölkələrə gedəni...Yol ver keçim, gözəl!.. Axşamdır,Axşamdır... saxlama sən məni...
Kitabxana.az · https://kitabxana.az/ru/works/hebib-sahir-yol-ver-kecim
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Стихи других поэтов · О природе
Bir kəs ki, qəm düçarı ola, ağlar, ağlamaz?Ənduhu qüssə yarı ola, ağlar, ağlamaz?
QurbanBu gün bir qönçə ləb yarı sevmişəm,Dəhanında tuti dillərə qurban,
Yadıma düşdüaşına döndüyüm gül üzlü sona!Ömrümün ilk çağı yadıma düşdü.
NeyləsinCanımı odlara yandırmadasan,Bir deməzsən yaxılar, candır bu!