Səhər oldu, gün hər yerə yayılır,Qurdlar, quşlar əkinlərdə ayılır.Kölgə düşür pərdə-pərdə yollara,Axar suda, daşlar, qumlar sayılır.

Yapraq-yapraq gəzir qızıl işıqlar,Al işıqlar – quşlar uçur biqərar,Hər işıqda ovuc-ovuc ulduzlar,Hər işıqda dərin, gizli bir sirr var.

Çiraq kimi lalələrdir odlanan,Lalələrin üzərində qızıl qan.Yer üzünün cənnətidir yurdumuz,Unut göyü, bizim yerdə gəl dolan.

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов · О природе