Bir yerdə savaş qopsa da,Bir yerdə barışdı.Bax Astarada güllü bahar,Xoyda da qışdı.Əlvandı sarı dağlarımızSanki naxışdı.

Başdan-başa AzərbaycanBağı – cənandı.Mavi Xəzərin pərdəsiMin rəngə çalandı.El ordusudur, qalasıQarlı Savalandı.

Yurdumda axar çaylar,Üzüm bağları vardır.Qışlaqları var,ətirli yaylaqları vardır.Ulduzlu gecə,Güllü səhər çağları vardır.

Bozqırların ardındanElim bir gecə köçmüşBu yurda qonub,En-boyunu yaxşıca ölçmüş.Kəhriz çıxarıbdı oSərin şərbətin içmiş.

Ellərdi edən Urmiyəni,Təbrizi gülşən.Getsən bilirəm ƏrdəbiləBir səhər erkənHər pərdə elinNəqş və nigarın görəcəksən.

Aldanma şirin söz desə xan,Yoxdu vəfası.Xan bir əzəli düşmənimizdir,Bizə asiDamdan düşüb artıqO hərifin yerə tası!

Dur yurd keşiyində, igidim!Bax, oyanıq ol!Xan südlü inək istəyir,Ərbabı da pətrol.Vermə, bu hərif keflidi ha!Öz evinə yol!

Mən söyləmirəm həsrətə qatlan,Sitəmə döz!Bir çox analar yollaraİllərdi dikib göz.Xan versə də azadlıqİnanma! Nə yalan söz!

Gəl, köçmə vətəndən,Yada bel bağlama, qardaş!Dövran belə getməz, qalamazDaş üzərə daş!Şimşək kimi çax!Sel kimi ax!Çalxalanıb daş!

Клавиши ← → для перехода, R — случайное стихотворение

Случайное стихотворение

Другие произведения автора

Стихи других поэтов · О родине