Tehranın yay gecələrində
Gecədir... Yay gecəsi,Hava tutqun və cəhənnəm kimi yerə şölə saçır,Lampanın tozlu və al nuri bu mənhus gecədə,Şairə rəhbər ölürkən də, cünunə yol açır...
Çək yana pərdələri, aç qapıyı,Bulud altında görüm, tozlu ayı...Lampayı gəl apar, ay tazə gəlin!Qoy qaranlıqda, xəyalım ucalsın, uçsun!Könlümüz oldu qərib ölkədə xun!
Hanı bizlərdə olan sadə gecələr?Aynaya bənzər üfüq, qırmızı gün, ali ay?Yoxmu bu ölkədə bir zümzümə çay?
Bu yerin köşəni yox, daşlı və qumlu çölü var,Daşlı çöllərdə gəzər çox cavanlar!
Gecədir... Yay gecəsi,Gəlmişik Təbrizə biz...Can verir şəhərə nəslin nəfəsi,Ucalır ay, bu qızıl dağlardan,Dağılır hər yerə gül rayihəsi,Kölgədə gizli qalan bağlardan.
Kitabxana.az · https://kitabxana.az/ru/works/hebib-sahir-tehranin-yay-gecelerinde
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Əyil sular üstə, tökülsün kölgən,Oxşasın kölgəni çeşmənin əli.
Oxuma ayeyi-yasDəhridən etmə şikayət, oxuma ayeyi-yas,Qoy nəsim dağdan əsib, həm meşə, həm bağ oxusun.
OyanmışTarixin əgər dəftərin açsan, görəcəksən,Hər babı və hər fəsli qızıl qanla boyanmış!
Dalğalar qabarmışXatirət dəftərindən*Dalğalar qabarmış, açılmış güllər,
Стихи других поэтов
Gör necə dönübdür dövri-zamanə,Vay günüdür müsəlmana vay günü,
NeylimBahar oldu, qurı çaylar daşalı,Sökuldu könlümün bəndi, neylim.
Gəraylı: Gəl ey bülbül, bahar keçdiGəl ey bülbül, bahar keçdi,Nə ağlarsan, nə sızlarsan,
Təbrizin qarətiGənə təqdiri-qəzadən belə fərman olduZəlzələ keçdi, vəli ayrıca dövran oldu