Yağmasan da gurulda
I
Axma irmaq, mən də sənə yoldaşam,Götür məni, elə bil ki, bir daşam.Sən dağların ağır yükün çəkirsən,Bulaqların sərin suyun içirsən.Daş dəyiləm, yarpaq qədər yüngüləm,Yolun üstə düşən tozlu bir güləm.Bir damcıyam, buludlardan enmişəm.Bir kölgəyəm, kənarına sinmişəm...Axma irmaq, dayan, sənə söyləyim,Budur mənim iltimasım, diləyim:– Bağlıyam mən sənin doğma elinə,Vermə məni, aman düşman əlinə...Qanadına alıb gəzdir hər yanıGötür məni qanadların qurbanı,Orda qızıl güllər, burda qızıl qan,Gün batmışdır burda, orda açır dan...
II
Mən yumaraq daldım gecə dəryaya,Dərya deyil, bir dəhşətli röyaya...Axıntılar səsin bir an dinlədim,Pərdələndi dəniz, artıq bilmədim.Kölgə düşür, kürək səsi yüksəlir,Bir balıqçı uzaqlardanmı gəlir?Yoxsa suda ay işığı tərpənir?Balıqlarla bir əl su içrə enir.– Bu əl kimin? Kimdir məni qurtaran?Burax, – gedim, – dəniz coşub, istəyir qan!Qurban deyə dalğalara at məniYa istərsən Xəzrilərə sat məni...Unutmuşsan əcdadının adətin?Əsgilərin ibadətin, bədətin?
O zaman ki, Xizr qurban atardı:Oymaq, oba muradına çatardı.Bax gör sənə yalvarıram ey mənci,Bir kölgə san məni, yaxud bir inci...İstəyirsən suya burax batım da,Ya sat məni, son günümə çatım da...Atma məni ümmanlara, demə qul,Dostluq ilə düşmənçilik ayrı yol.Qoy şerimlə otlaqlarınız gül açsın.Bir ulduz da göyünüzdə nur saçsın.Qoy buludlar dağ ardından yol kəssin,Şimallardan sərin-sərin yel əssin.
Qaval səsi uzaqlardan yüksəlir,Qoyun, keçi yaşıl otlaqdan gəlir.Bir yurddayam, mavi ətir tək boyundaŞahidəm mən bir gözəlin toyunda.Xalça ilə bütün ev, yurd bəzənib,Yol üstünə gül yarpağı ələnib.Aşıq çalır sazda Xizr nəğməsi,Nə gözəldir Xizrlərdə saz səsi.Məxmər donlu, gen ətəkli gözəllər,Yan baxaraq qonaqları süzərlər...Rəqs edərkən qızarırlar, solurlar,Bir baxışla həmin aşiq olurlar.
Mən bir qonaq, ev sahibi mehriban,Qonaq sevən olur, əlbət, türkman.Sən gündüzü danıb, demə gecədir,Görürsənmi qonaq sevmək necədir?Bir de görüm, odumuzla yandınmı?Bəxtiyarkən öz elini andınmı?Nədən bizi odda görüb gəlmədin,Yolçulardan sorub, soraq gəlmədin?Alaçığım yandı, gördün tüstüsün,Yaxlaşmadın... boğdu məni qara gün!Heç olmazsa mayak kimi parılda,Yağmasan da şimşək çaxıb gurulda!
Kitabxana.az · https://kitabxana.az/ru/works/hebib-sahir-yagmasan-da-gurulda
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Günlərin bir günündə ey qara zənci,Palmalar altında rəqs edərdin sən.
Həyatda ümidÜmid əgər bu qaranlıq cahanda olmazsa,Kim axtarardı həyatın şəfəqli çeşməsini?
Tehranın yay gecələrindəGecədir... Yay gecəsi,Hava tutqun və cəhənnəm kimi yerə şölə saçır,
KabusBizə yad kabus bax kölgə salıb,Bu ölümdür, bu ölüm kölgəsidir!
Стихи других поэтов
Xəbər olsun yar-dosta,Bu fanidən köçdü Qubad.
Bir kəs ki, qəm düçarı ola, ağlar, ağlamazBir kəs ki, qəm düçarı ola, ağlar, ağlamaz?Ənduhu qüssə yarı ola, ağlar, ağlamaz?
ƏzizimƏzəl səni sevdim, sonra ayrıldımOldu mənə müşkül hallar əzizim
Nəfəs: İlahi, neyləsin, nətsinİlahi, neyləsin, nətsinKönül sənsiz qərar etməz