Zənci
Günlərin bir günündə ey qara zənci,Palmalar altında rəqs edərdin sən.Ananas və banan toplamaq üçünMeşələrin içinə gedərdin sən.
Qursarlar bir gecə dəmir ataraq,Soxuldular sənin yaşıl yurduna.Komanı yandırıb atəş açdılar,Boyadılar eli qızıl qanına...
Bir neçə sərsəri əldə qırmanclaSəni döyə-döyə önünə qatdı.Hollandiyalı tacir, yengi dünyada,Bir “zər xrid” deyə – qızıla satdı...“Yengi dünya”da o vaxt meşəlik idi,Yerləri bataqlıq, havası isti.Yalnız hinduların komalarındanOcaqlar yanarkən çıxardı tüstü.İspaniya “don”ları gəlincə oraHinduları qovub sürgün etdilər.Çal saqqal kişilər məsih yolunda:“Əngizyisunçilər” yolun getdilər.
Sənə gəlincə o ingilislərdi,Başqa cür düşündü... nəfini kovdi.Pambıq tarlasında səni işlədib,Yeri gəlincə də ətini diddi.
Hər ay gəmiçilər zənci daşıyıb“Corciya”ya gələn ağa satdılar,Sənin əsirin elin hər gün çoxalıb,Yeni əsirləri sənə qatdılar.
Siz Amerikanın qara torpağın,Öz əməginizlə cənnət etdiniz.Haqsızlıq görüncə ağ ağalardanÜşəndiniz bir az, nifrət etdiniz.
Əski zamanlardan köləymiş qara,Xanların dövründə, zəngin gözündəKöləliyi rəva görmüşdü dinlər,“Kölə” ləfzi çoxdur şair sözündə.
Doğrudur ki, Səlcuq Qulam olurmuş,Sarayda, əmirlə şərab içərmiş.Lakin qara zənci yakıcı gündəBostanı suvarıb, alaq biçərmiş.
Yenə də Şərqdə bəxtiyar idin,Sənə ağ qızını bağışlardı xan.Qərbdə ağ qıza baxıb güləndəSəni “kukslakçılar”asdı ağacdan.
O nəcib irqdən olan ingilis,İşi düşəndə sənə qucaq açar.Bir ömür səndən iş çəkər nəhayət:Qocalanda səni it tək qovalar.
Sən vəhşi adamsan, ağın gözündə...Afrikadan gəlmə yabanı kolsan.Səni hankı yerlər ora aparıb?Qara günlü edib... zavallı insan.
Döyüşlərdə səni ağlar qırdılar,Döyüş olmayanda səni güllələr.Qızını qaçırdıb, komanı yıxar,Qanın axar olar, əməyin hədər.
Al bayraq qovzadın meşəliklərdən,Əski sahibləri qovaladın sən.Səni yuxlatmışdı Qərbin cadusu,Tilsim qırıldı, gözün açdın sən.
Oyanıq ol, aman qara qardaşım!Öz yaşıl yurdunun qayğısına qal!Əsgi qursarlar geri dönərlərsəİlanı, qaplanı canlarına sal.
Onların əlində odlu silah varSən də silah götür, sən də aç atəş.İllərcə zülmətdə qalan ölkəndəYırtılsın pərdələr parlasın günəş.
Kitabxana.az · https://kitabxana.az/ru/works/hebib-sahir-zenci
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Стихи других поэтов
Yadımda deyildir nə vaxt və kimdən,Belə bir hekayət eşitmişəm mən:
GözlərinƏqlimi başımdan etdi təğyirDilbər, sənin bu məstanə gözlərin
Çığalı müxəmməsDilbər, sənin ol gülşən-ü gülzarına qurban,On dörd gecəlik ay təki ruxsarına qurban,
Gəraylı: Yaxşı olur qövm qardaşYaxşı olur qövm ü qardaşEl başına dönim sənin