Son söz, son saz
El şairi Mahmuda
Quraqlığa tutulandan, baba diyarında,Mənim də köşənimin ilk baharı solmuşdu.Bulaqları quruyub, quşları sükut etmiş,Çiçəkli kəndimiz, ey vah, xaraba olmuşdu.
Uzun və xəzanlı illər, başımdan aşdıqca,Sözüm bitib, sazımın telləri qırılmışdı.Qanadların mənə gərdikcə namurad bayquş,Elə gəlirdi mənə, yay dumanlı bir qışdı!..
Mənə ölüm şəfəqi göz dikəndən ah!Zülm içində nəfəsdən düşüb, boğulmuşdum!Həvadisin o qara daxmasında, tabutda,Nədənsə qupquru bir mumyani olmuşdum.
Səninlə qürbət elində görüşdüyüm dəmdən,Əlinlə nəhs tilsimin qırıldı pərdələri.Buludların arasından gün işıq saldıQapım açıldı və düşdü qızıl işıq içəri.
Kitabxana.az · https://kitabxana.az/ru/works/hebib-sahir-son-soz-son-saz
Клавиши ← → для перехода, R — случайное стихотворение
Другие произведения автора
Стихи других поэтов · О природе
Ey gül, sənə yoxdur bu nəzakətdə qərinə,Kuyin çəməni tənə vurar xüldi-bərinə.
Sənsiz, ey gül, könlümün bir dəm qəran yoxdu, yoxSənsiz, ey gül, könlümün bir dəm qəran yoxdu, yox!Səndən özgə neyləsin, bir qəmküsan yoxdu, yox!
Bir-bir çəkBir salatın məni təklif eylədi,Doldurdu badəni, oğlan, bir-bir çək.
GözlərinGülzar Xotəndir dövreyi-zülfün,Çərayə durubdur ahu gözlərin,